Uğursuz nəticələr səbəbindən Fabio Qrossonu baş məşqçi postundan uzalqaşdıran "Olimpik Lion" rəhbərliyi yeni idman direktoru təyin edib.
Fanat.Az xəbər verir ki, məlumatı sözügedən klubun rəsmi saytı yayıb.
"Lion"un yeni idman direktoru David Frio olub. Rəhbərliyin tələbinə əsasən,50 yaşlı funksioner qısa müddət ərzində komandanı çətin durumdan xilas edə biləcək baş məşqçi tapmalıdır.
Qeyd edək ki, Frio daha öncə "Olimpik Marsel"in idman direktoru vəzifəsində çalışıb. O, "Sent-Etyen", "Mançester Yunayted" və "Nottingem Forest" kimi klublarda skaut qismində də fəaliyyət göstərib.