"Arsenal" yapon müdafiəçisi Takehiro Tomiyasu ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Nikolo Skira yayıb.
Xəbərə görə, "topçular" Tomiyasu ilə müqavilə yeniləməyi planlaşdırır. Mənbə London təmsilçisi ilə indiki müqaviləsi 2025-ci ilin yayına qədər olan müdafiəçinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulan anlaşmaya imza atacağını vurğulayıb.
Qeyd edək ki, Tomiyasu "Arsenal"a 2021-ci ildə İtaliyanın "Bolonya" klubundan keçib. Cari mövsüm bütün turnirlərdə 19 matça çıxan asiyalı oyunçu 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat