Azərbaycan Kubokunun ll təsnifat mərhələsi çərçivəsində "Mingəçevir" səfərdə "İmişli" ilə qarşılaşdı. Görüş qonaq komandanın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşdı. "Mingəçevir"in baş məşqçisi Ədəhim Niftəliyevlə əlaqə saxlayıb görüş barəsində fikirlərini öyrəndik.
Niftəliyevin Fanat. Az-a açıqlaması belə oldu:
"Biz İmişli səfərinə əsas heyətlə getməmişdik. İki oyunçumuz müalicə olunur. Biz bütün gücümüzlə mübarizə aparsaydıq, ehtiyatdan oyuna çıxacaq futbolçumuz olmayacaqdı. Kubokdan sonra evdə çətin matçımız var. Bütün gücümüzü çempionata saxlamışıq. Uşaqlara dedim ki, bütün gücünüzlə mübarizə aparın. Matç 0:0-a doğru gedirdi. Beş dəqiqə ərzində oyunun dəyişməsi bizim üçün məğlubiyyətlə nəticələndi. Müdafiədə buraxdığımız səhvdən penalti oldu və qapımızda qol gördük. Allah qoysa, gələcəkdə bu uşaqlarla nəticə verəcəyik".
Nahid Məmmədov