"Fənərbağça"nın Direktorlar Şurasının üzvü Selahattin Baki İtsanbul təmsilçisinin Moskva "Spartak"ının forvardı Kvinsi Promesi heyətə qatacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az-ın məlumatına görə, "championat.com" Bakinin dediyini belə çatdırıb:
"Fənərbağça"nın Promeslə maraqlanması barədə yayılan məlumatlar doğru deyil".
Qeyd edək ki, Kvinsi 2021-ci ilin fevralından "Spartak"ın uğurları üçün çalışır. Niderlandlı hücumçu bunadək 2014-2018-ci illər aralığında da "qırmızı-ağlar"ın formasını geyinib. Onun paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat