İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente gələn il keçiriləcək Avropa çempionatında İtaliya, Xorvatiya və Albaniya ilə eyni qrupa düşmələrinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, AS onun dediklərini belə çatdırıb:
"Şübhəsiz, ən çətin qrupa düşmüşük. Bu, ölüm qrupudur. Belə rəqiblərə qarşı mübarizə aparacağıqsa, bütün gücümüzü səfərbər etməliyik. İspaniya özünü güclü sayır və əminəm ki, rəqiblərimiz də püşkün nəticəsindən narazı qalıblar.
Heç kim İtaliya ilə eyni qrupda olmaq istəməzdi. Heyətində bir neçə möhtəşəm futbolçu olan Xorvatiya da uzun iilərdir ki, əla nəticələr göstərir. Albaniyaya gəlincə, bu rəqib seçmə mərhədə yer aldığı qrupu birinci pillədə başa vurub. Yaxşı start bizim üçün olduqca önəmlidir".
Xatırladaq ki, AÇ-2024 14 iyun - 14 iyul aralığında Almaniyada baş tutacaq. Qitə birinciliyinin qarşılaşmaları sözügedən ölkənin 10 şəhərindəki 10 stadionda reallaşacaq.
Nihat