İtaliyanın "Yuventus" klubu qış transfer pəncərəsində "Mançester Yunayted"in iki futbolçusunu sıralarına cəlb etmək istəyir.
Fanat.Az xəbər verir ki, məlumatı "Corriere dello Sport" yayıb.
Xəbərə görə, "qoca sinyora" Erik ten Haqın rəhbərliyi altında az oynamasından narazı olan yarımmüdafiəçi Donni van de Beki və baş məşqçi ilə yaşadığı insident üzündən heyətdən kənarlaşdırılan vinger Ceydon Sançonun xidmətində maraqlıdır. Turin klubunun bu yöndə bütün gücünü səfərbər etdiyi bildirilib.
Nihat