İngiltərənin "Çelsi" klubunun ukraynalı vinger Mixail Mudriki "Napoli"nin gürcü futbolçusu Xviça Kvaratsxeliya ilə əvəzləmək istədiyi barədə xəbərlər yayılıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabında bu yöndə müxtəlif mənbələrin dərc etdiyi məlumatların həqiqətdən uzaq olduğunu bildirib.
Romano "zadəganlar"ın nə Kvaratsxeliya, nə də başqa cinah hücumçusu ilə danışıq aparmadığını, London təmsilçisinin Mudrikə güvəndiyini vurğulayıb. Xəbərə görə, həm baş məşqçi Maurisio Poçettino, həm də klub rəhbərliyi hazırda arzulanan səviyyədə performans sərgiləməyən ukraynalının gələcəkdə "Çelsi"nin ən vacib fiqurlarından birinə çevriləcəyinə əmindirlər.