"Barselona" yeni hücumçu ilə güclənib.
Fanat.Az xəbər verir ki, "Atletiko Paranaense"nin hücumçusu Vitor Roke qarşıdakı transfer pəncərəsində Kataloniya klubuna keçəcək.
Bu barədə Braziliya klubu sosial şəbəkə hesabında məlumat yayıb.
Tərəflər arasında hər şey razılaşdırılıb. Dekabrın 4-də baş tutacaq "Santos"la qarşılaşma futbolçu üçün Avropaya yola düşməzdən əvvəl sonuncu olacaq. Roke mövsümün qalan hissəsində İspaniya nəhənginə kömək edə bilməyəcək Qavinin yerinə gətirilir.
"Blauqrana" yeni transferi üçün qarşı tərəfə 40 milyon avro ödəyəcək. Braziliyalı ilə 2031-ci ilə qədər müqavilə razılaşdırılıb.
18 yaşlı hücumçu 2023-cü il mövsümündə Braziliya A Seriyasında 24 oyun keçirib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa