"Real Madrid"in vingeri Brahim Dias karyerasını Almaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Todofichajes" yayıb.
Xəbərə görə, ispaniyalı oyunçu ilə Dortmund "Borussiya"sı ciddi maraqlanır.
"Arılar" Diasla yanvar transfer pəncərəsində, alınmasa, bu mövsümün sonunda müqavilə imzalamağı planlaşdırır.
Brahimin "Kral klubu" ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. Hücummeyilli yarımmüdafiəçinin transfer qiyməti 20 milyon avro qiymətləndirilir.
Mirağa