2023-cü ildə yaınız iki komanda səfərdə "Mançester Siti"yə uduzmayıb.
Fanat.Az xəbər verir ki, bunlar "Tottenhem" və "Liverpul"dur.
"Liverpul" noyabrın 25-də "Etihad"dan 1:1 hesablı bərabərliklə dönübsə, "Tottenhem" İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində dünən keçirilən oyunda Mançesterdən heç-heçə ilə qayıdıb - 3:3. Qalan bütün komandalar Pep Qvardiolanın yetirmələrinə qarşı bu il keçirdikləri səfər duellərində xal üzü görməyiblər.
14 tura 30 xal toplayan MS İPL-in turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Lider "Arsenal"ın 33, 2-ci yerdə qərarlaşan "Liverpul"un isə 31 xalı var.
Nihat