"Mançester Yunayted"in əfsanəsi David De Xea İngiltərə Premyer Liqasına qayıda bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Mənbənin məlumatına görə, "Nyukasl" ispaniyalı qapıçıya zədəli Nik Popenin əvəzedicisi gözü ilə baxır. Pope təxminən dörd ay oynamayacaq. "Qırmızı şeytanlar"dan 12 ildən sonra - bu yay ayrılan David hazırda klubsuzdur.
Qeyd edək ki, De Xea 2011-2023-cü illərdə "Mançester Yunayted"də çıxış edib. Bu müddət ərzində qolkiper “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə 545 oyun keçirib, çempion və İngiltərə kubokunun qalibi olub, iki dəfə Liqa Kubokunu, üç dəfə ölkə Superkubokunu qazanıb, həmçinin 2017-ci ildə Avropa Liqasının qalibi olub.
Mirağa