Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyevin çıxış etdiyi Türkiyənin "Adana Dəmirspor" klubu baş məşqçisi Patrik Klyuvertlə yollarını ayırıb.
Fanat.Az bu barədə Türkiyə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Super Liqa təmsilçisi 47 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşıb. Adana klubu son olaraq 14-cü turda evdə "Samsunspor"a 2:3 hesabı ilə uduzub. Bu matçda qapını Şahrudin Məhəmmədəliyev qoruyub.
“Adana Dəmirspor" iyunun 30-da baş məşqçi ilə 2 illik müqavilə imzalamışdı.