Mövsümün əvvəlində “Qalatasaray”a keçən Tetenin çıxışı bəyənilməyib.
Fanat.Az "GZT SPORT"a istinadən xəbər verir ki, Okan Burukun seçimləri arasında olmayan gənc futbolçunun qış fasiləsində komandadan ayrılacağı öyrənilib.
Tete istədiyi performansı göstərə bilmədiyinə görə, Okan Burukun gözündən düşüb.
Okan Buruk fasilədə komandadan göndərilməsini istədiyi futbolçuların adlarını "Qalatasaray" rəhbərliyinə verib. Tete adının siyahının başında olması böyük sürpriz kimi qiymətləndirilib. Buruk çıxışından narazı qaldığı gənc futbolçunun başqa kluba icarəyə verilməsini istəyib.
Qeyd edək ki, "Qalatasaray" forması ilə 18 rəsmi oyuna çıxan Tete cəmi bir dəfə fərqlənməyi bacarıb.
Nahid Məmmədov