"Yuventus"un sabiq yarımmüdafiəçisi Klaudio Markizio "Real Madrid"in ulduzu Cude Bellingemi İtaliya nəhəngində görmək istəyir.
Fanat.Az xəbər verir ki, 20 yaşlı ingilis bazar ertəsi Turinə gedib.
Ona ilin ən yaxşı gənc oyunçusu üçün "Golden Boy" mükafatı təqdim olunub.
Markizio bunu fürsət bilərək sosial şəbəkə hesabında Bellingemə səslənib: "Turinə xoş gəlmisən... Gələcəkdə".
Yerli media İtaliya millisinin və "Yuventus"un veteranının bu şərhini Bellingemin "Qoca sinyora"nın düşərgəsinə keçməsinə işarə kimi yozub.
Xatırladaq ki, bir neçə il əvvəl Cud Bellingemin "Yuventus"a keçmək variantı olsa da, bu, baş verməyib.
Mirağa