Futbol üzrə İtaliya millisinin baş məşqçisi Luçano Spalletti gələn ilin yayında keçiriləcək Avropa çempionatında İspaniya, Xorvatiya və Albaniya ilə mübarizə aparacaqları B qrupundan danışıb.
Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" onun dediklərini belə çatdırıb:
"Qrupa baxsaq, keçirəcəyimiz oyunlar 1/4 final matçları səviyyəsində olacaq. Əlbəttə, İtaliya ilə üz-üzə gəlmək heç bir rəqib üçün arzulanan deyil. Ancaq biz öz oyunumuz, sərgiləcəyimiz futbolun səviyyəsi barədə düşünməliyik".
Son Avropa çempionatının qalibi olan İtaliya AÇ-2024-də ilk oyununu Albaniya seçməsinə qarşı (15 iyun) keçirəcək. Ardından ispaniya ilə qarşılaşacaq (20 iyun) "skuadra adzurra" bu matçdan 4 gün sonra Xorvatiya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Xatırladaq ki, AÇ-2024 14 iyun - 14 iyul aralığında Almaniyada təşkil olunacaq.
Nihat