İngiltərə Premyer Liqası matçların yayım hüququnu "Sky Sports" və "TNT Sports"a satıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Mənbənin məlumatına görə, müqavilənin məbləği 6,7 milyard funt-sterlinq təşkil edib. Bu isə Böyük Britaniya üçün rekorddur.
Beləliklə, Premyer Liqa yayım gəlirini 4 faiz artıraraq öz rekordunu qırıb. Bunlar həm də istənilən Avropa liqasının ən yüksək göstəriciləridir.
Yeni müqavilənin müddəti 2025-2029-cu illəri əhatə edir. Razılaşmaya görə, matçların əksəriyyəti "Sky Sports"da nümayiş olunacaq - hər mövsüm 215 oyun. "TNT Sports" şənbə günü günorta oyunlarını yayımlamaq missiyasını üzərinə götürüb.
Mirağa