Rumıniyalı çalışdırıcısı Mirça Luçesku məşqçilik karyerasını Fransada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis "Olimpik Lion"la danışıq aparır.
Bu barədə “Pro TV” məlumat yayıb.
Fransa nəhəngi 13 oyundan cəmi 7 xal toplayaraq Liqa 1-də sonuncu yeri tutur. Klub ötən həftə Fabio Qrossonu istefaya göndərərək məşqçisiz qalıb.
Eyni zamanda, Luçeskunun Rumıniya yığmasında işləmək üçün Buxarest "Dinamo"sunun təklifindən imtina etdiyi haqda xəbər yayılıb.
Mirağa