"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqın postunu tərk edəcəyi ilə bağlı informasiyalar səngimir.
Fanat.Az xəbər verir ki, 2022-ci ilin yayından "qırmızı şeytanlar"ı çalışdıran niderlandlını tənqid atəşinə tutanlar arasında CNN-in aparıcısı, tanınmış jurnalist Pirs Morqan da var.
Morqanın "X" sosial şəbəkəsində ten Haqın fotosunun altından yazdığı şərh isə daha diqqətçəkən alınıb:
"Bu klounu indiyədək necə qovmayıblar?".
Xatırladaq ki, Mançester təmsilçisi ötən mövsüm ten Haqın rəhbərliyi altında İngiltərə Liqa Kubokunu qazanıb.