İngiltərə Futbol Assosiasiyası (İFA) "Mançester Siti"ni futbolçuların qeyri-adekvat davranışda ittiham edib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.
Premyer Liqanın 14-cü turunun "Tottenhem"lə oyunun (3:3) 94-cü dəqiqəsində Emerson Erlinq Holanda kobudluq edib. Hakim Saymon Huper əvvəlcə oyunu dayandırmayıb, lakin saniyələr sonra fit çalıb ki, belədə Cek Qriliş təhlükəli hücumu tamamlaya bilməyib.
Bu epizoddan sonra "Mançester Siti"nin bir neçə futbolçusu Huperi mühasirəyə alaraq onunla mübahisə etməyə başlayıb - Erlinq Holand kəskin etiraza görə sarı vərəqə alıb. Final fitindən sonra o, norveçli hakimin üstünə qışqıraraq oyunun sonunda verdiyi qərarlardan narazı olduğunu bildirib.
İFA oyunçuların davranışını hakimə qarşı aqressiv və hörmətsizlik kimi qiymətləndirib. Kluba baş verənləri izah etmək üçün dekabrın 7-dək vaxt verilib. Bununla belə, “şəhərlilər”i futbolçuların davranışına görə cərimə gözləyir.
Mirağa