İngiltərənin “Mançester Yunayted” klubunun mərkəz müdafiəçisi Rafael Varan karyerasını Fransada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı İspaniyanın “Fichajes” nəşri yayıb.
Mənbənin məlumatına görə, “Olimpik Marsel” Varanla ciddi maraqlanır .
Transfer 2024-cü ilin yanvarında baş tuta bilər. Baxmayaraq ki, 30 yaşlı futbolçu "qırmızı şeytanlar"ın heyətində az oynamasına baxmayaraq, "Mançester Yunayted"də qalmaq istədiyi də vurğulanır. Onun klubla müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatır. Daha əvvəl "Bayern Münhen"in Rafaellə maraqlandığı bildirilirdi.
Çempionlar Liqasının dördqat qalibi MY-nin heyətində bu mövsüm cəmi 12 oyun keçirib (655 oyun dəqiqəsi), 1 qol vurub. O, zədə səbəbindən təxminən bir aya yaxın oynamayıb.
Mirağa