İngiltərənin "Liverpul" klubu yeni hücumameylli yarımmüdafiəçi tapıb.
Fanat.Az xəbər verir ki, mersisaydlılar İtaliyanın "Cenoa" klubunun yarımmüdafiəçisi Morten Frendrupa göz dikib.
İnformasiyanı tanınmış insayder Ekrem Konur yayıb.
Mənbənin məlumatına görə, İngiltərə nəhəngi 22 yaşlı danimarkalı forvard üçün ilkin olaraq, 10 milyon funt-sterlinq təklif etməyə hazırdır.
Morten Frendrup bu mövsüm "Cenoa"nın heyətində 16 oyun keçirib və 5 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi Danimarkanın gənclər yığmasında da 10 oyun keçirib və bir qol vurub.
Mirağa