İtaliya millisi AÇ-2024-dən əvvəl iki yoldaşlıq görüşü keçirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, yığmanın baş məşqçisi Luçano Spalletti federasiyadan martda baş tutacaq görüşlər üçün "sərt" rəqiblər tapılmasını tələb edib. Mümkün rəqiblər Avstriya, Serbiya, Macarıstan, Şotlandiya və Çexiya milliləri arasından seçiləcək.
İtaliya Futbol Federasiyası da Spalettinin komandasının Cənubi Amerika təmsilçilərindən biri ilə ABŞ-da əlavə bir yoldaşlıq oyunu keçirməsini istəyir. Bu matçın məqsədi bilet satışından xeyli gəlir əldə etməkdir.
Qeyd edək ki, İtaliya AÇ-2024-ün qrup mərhələsində İspaniya, Xorvatiya və Albaniya ilə mübarizə aparacaq.
Mirağa