Anastasios Bakasetasın "Trabzonspor" ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Fanat.Az "Kuzey Anadolu"ya istinadən xəbər verir ki, Qara dəniz təmsilçisi iki dəfə yeni müqavilə təklif etsə də, yarımmüdafiəçi klubunun çağırışını müsbət cavablandırmayıb.
Xəbərə görə, "Trabzonspor" yunan ulduzu yayda havayı itirməmək üçün qış fasiləsində satmağı planlaşdırır. Mənbə Anastasiosu heyətinə qatmaq istəyən klubun adını da açıqlayıb. Bu, Britaniya "Kardif Siti"dir.
Qeyd edək ki, 2021-ci ildən Super Liqa təmsilçisində olan Bakasetas "Trabzonspor" forması ilə 87 rəsmi matça çıxaraq 25 qol vurub.
Nahid Məmmədov