"Kevin De Bröyne yaxşı oyunçudur, amma Salah başqa səviyyədir".
Fanat.Az "Liverpoolworld"a istinadən xəbər verir ki, bunu "Arsenal"ın yarımmüdafiəçisi Jorjinyo deyib.
İtaliya yığmasının braziliyalı üzvü İngiltərədə oynadığı müddətdə üz-üzə gəldiyi ən təhlükəli futbolçunun Məhəmməd Salah olduğunu vurğulayıb:
"İngiltərə Kubokunun və İngiltərə Liqa Kubokunun finallarında, eləcə də Superkubok uğrunda matçda ona qarşı oynamaq çox çətin idi. Söylədiyim kimi, Salah fərqli bacarıqlara malik biridir. Hə, mən onu ən güclü sayır və birinci pilləyə qoyuram".
Xatırladaq ki, 31 yaşlı misirli ulduz 2017-ci ildən "Liverpul"da çıxış edir.
Nihat