İspaniyanın futzal çempionatının oyununda dəhşətli faciə baş verib.
Fanat.Az “Marca”-ya istinadən xəbər verir ki, hadisə aşağı liqa təmsilçiləri “Sabadell” və “Santa Perpetua” komandalarının qarşılaşmasında yaşanıb.
Belə ki, epizodlardan birində “Sabadell”in oyunçusu Raul Kalvo şiddətli toqquşmaya məruz qalıb. Rəqib futbolçu ilə toqquşma nəticəsində başından zərbə alan 19 yaşlı gənc futzalçı oyuna davam edə bilməyib və dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, o, ötən gün xəstəxanada dünyasını dəyişib.
Komandanın mətbuat xidməti də bu barədə sosial şəbəkədəki səhifəsində paylaşım edib: "Oyunçu, komanda yoldaşı, qardaş, oğul, dost, meydanda və meydandan kənarda döyüşçü. İtkinin boşluğu əvəzolunmazdır. Xatirən yaddaşımızda əbədi olaraq qalacaq".
Yeri gəlmişkən, "Sabadell" 15 turdan sonra 8 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.
Mirağa