“Sevilya”nın ev oyunlarını keçirdiyi “Ramon Sançes Psixuan” stadionu söküləcək.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, arenanın sökülməsi və yerində yenisinin tikilməsi qərara alınıb.
Yeni arena müasir və daha geniş olacaq. Azarkeş tutumunun 55 000 nəfər olacağı nəzərdə tutulub. Hazırkı stadion 43 883 tamaşaçı tutumuna malikdir.
“Ramon Sançes Psixuan” stadionu 1958-ci ildə istifadəyə verilib.