"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş unikal nəticəyə imza atıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı 2023-cü ildə ən çox oyun keçirən futbolçu ünvanına sahib çıxıb.
29 yaşlı Brunu 66 matçda 5748 dəqiqə oynayıb ki, bu, ilin rekordudur. İkinci yeri "Feyenoord"un müdafiəçisi David Qantsko tutubsa (58 matçda 5248 dəqiqə), üçüncü pillədə "Real Madrid"in müdafiəçisi Antoni Rüdiger (63 matçda 5223 dəqiqə) qərarlaşıb.
Qeyd edək ki, Fernandeş MY-yə 2020-ci ilin yanvarında "Sportinq"dən transfer olunub.
Nihat