“Brayton” İngiltərə çempionatında 89 il öncə qeydə alınan rekordu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, "qağayılar" buna bir mövsüm ərzində ardıcıl 15 oyunda həm qol vurmaqla, həm də buraxmaqla nail olub.
İngiltərədə son dəfə 1934/1935 mövsümündə “Vulverhempton” belə nəticə göstərmişdi.
25 xalı olan “Brayton” 15 turdan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində 8-ci pillədə mövqe tutub. Roberto De Zerbinin çalışdırdığı komanda bu matçlarda 32 qol vurub, 27 dəfə topu tordan çıxarıb.