"Bayern Münhen"in hücumçusu Tomas Müller kareyrasını İtaliyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Bild" yayıb.
Mənbə 34 yaşlı Müllerin xidmətində "Yuventus" maraqlı olduğunu və mövcud vəziyyəti nəzarətdə saxladığını vurğulayıb. Xəbərə görə, "qoca sinyora" "Bayern"lə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq futbolçunu azad agent qismində sıralarına cəlb etməyi planlaşdırır. Turin təmsilçisinin Almaniya nəhəngi tərəfindən Tomasa yeni anlaşma təklif olunmayacağına ümid etdiyi vurğulanıb.
Qeyd edək ki, Müller 2007-ci ildən "Bayern"in formasını geyinir. Cari mövsüm bütün turnirlərdə 15 matça çıxan Tomas 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat