"Barselona"nın hücumçusu Joau Feliks Kataloniya klubunda birgə oynamaq istədiyi futbolçunun adını çəkib.
Fanat.Az xəbər verir ki, "Managing Barca" portuqaliyalının dediklərini belə çatdırıb.
“Barselona”da hansı futbolçu ilə oynamaq istərdim? "Liverpul"dan Dominik Soboslaini deyərdim. Onun oyun tərzini bəyənirəm. Düşünürəm ki, bir gün o, "Barselona"da peyda ola bilər”.
Qeyd edək ki, ötən yay Almaniyanı İngiltərəyə dəyişən Soboslai Premyer Liqada meydana çıxdığı 15 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa