Argentina millisinin superulduzu Lionel Messi Braziliya seçməsinin sabiq üzvü Leonidasın rekordunu təkrarlayıb.
Fanat.Az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, milli forma ilə çıxdığı son 15 matçın 14-də qol vuran Leo rekorda şərik olub.
36 yaşlı hücumçunun seriyası oktyabrın 13-də, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Paraqvay yığmasını məğlub etdikləri qarşılaşmada (1:0) qırılıb. Messi həmin matçın ikinci hissəsində oyuna qoşulub.
Qeyd edək ki, Leonidas bu nəticəyə 1932-1940-cı illər aralığında imza atıb.