"Çelsi"nin vingeri Noni Madueke London klubundan ayrılmaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, məlumatı "TEAMtalk" yayıb.
Xəbərə görə, 21 yaşlı oyunçu az oynamasından narazıdır və bu qış başqa kluba satılmasını istəyir.
Madueke "Tottenhem"in yetirməsidir. "Çelsi" ingiltərəli futbolçunu ötən qış PSV-dən transfer edib. "Zadəganlar" bu keçid qarşılığında Niderland klubuna 35 milyon avro ödəyiblər. Onun "göylər"lə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Nihat