"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasının 15-ci turunda "Mançester Yunayted"dən aldıqları məğlubiyyətin (1:2) səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, argentinalı mütəxəssisin dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Biz heç bir halda, mövsümün əvvəlində qarşımıza qoyduğumuz məqsədlərdən əl çəkməyəcəyik. Qlobal layihəmizin inkişafı üçün çalışmağa davam edirik. Əlbəttə, hərdən start heyətində yer almalı oyunçuların yoxluğu çox ciddi şəkildə hiss olunur".
Xatırladaq ki, Poçettino müxtəxlif səbəblərdən Uesli Fofana, Bencamin Çiluell, Trevo Çaloba, Malo Qüsto, Romeo Lavia, Konor Qallaher, Karni Çukvuemeka və Kristofer Nkunku kimi futbolçuların xidmətindən məhrumdur.
Nihat