“Mançester Yunayted” yanvarda üç futbolçusunu satmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Migel Delani yayıb.
Mənbənin məlumatına görə, mankunianlılar cinah yarımmüdafiəçisi Ceydon Sanço, mərkəz müdafiəçisi Rafael Varan və yarımmüdafiəçi Kazemiro üçün təkliflərə açıqdır.
Sanço komanda yoldaşları və baş məşqçi Erik ten Haqla münasibətləri korlandığı üçün transferə çıxarılır. Varan "Old Trafford"da az oynadığı üçün, Kazemiro isə mövsümün əvvəlində zəif performansı ilə məşqçilər korpusunu məyus etdiyi üçün göndəriləcək.
Qeyd edək ki, braziliyalı Kazemiro "Mançester Yunayted"ə 2022-ci ilin yayında "Real Madrid"dən 70 milyon avroya keçib.
Mirağa