Braziliyada ötən həftənin sensasiyası - əfsanəvi "Santos"un 111 illik tarixi ərzində ilk dəfə elitanı tərk etməsi oldu.
Fanat.Az xəbər verir ki, vaxtilə sözügedən klubda çıxış edən futbolçular əsl şok yaşayırlar.
Braziliya mətbuatı olaya "Ölümündən bir ilə yaxın vaxt keçən Pelenin cənnətdəki reaksiyası kədərlidir" yorumunu verərkən, ulduz futbolçu Neymar azarkeşləri təsəlli etməyə çalışıb. O, sosial şəbəkə hesabında belə paylaşım edib: "Bayram küçəmizə də qayıdacaq, yenə gülümsəyəcəyik".
Qeyd edək ki, Neymar 2009-2013-cü illərdə "Santos"da çıxış edib, sonra "Barselona"ya keçib.
Mirağa