Cümə axşamı İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində baş tutan London derbisində “Tottenhem” “Vest Hem”ə 1:2 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, Angelos Postekoğlunun komandası ardıcıl beş matçda 1:0 öndə olsa da, bütün hallarda xal itirib (dörd məğlubiyyət və bir heç-heçə).
"Opta"nın hesablamasına görə, beləliklə, "Tottenhem" Premyer Liqa tarixinin ən pis seriyasının müəllifi olub.
Bundan əlavə, "Tottenhem" liderliyi ələ keçirdikdən sonra ardıcıl üç ev oyununda məğlub olub: "Çelsi" (1:4), "Aston Villa" (1:2), "Vest Hem" (1:2). Bu da İngiltərə Premyer Liqasında antirekorddur.
"Tottenhem" 15 turdan sonra 27 xalla Premyer Liqada 5-ci pillədə qərarlaşıb. İngiltərə çempionatına 36 xalla “Arsenal” başçılıq edir.
Mirağa