“Borussiya”nın müdafiəçisi Yulian Ryuerson və komandanın hücumçusu Yussuf Mukoko bu il artıq Dortmund klubuna kömək edə bilməyəcək.
Fanat.Az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Ryuerson "Ştutqart"la kubok matçında dizindən zədə alıb və 2023-cü ilin sonuna kimi oynamayacaq. Moukokoya isə omba nahiyəsindən zədə diaqnozu qoyulub. O da bu il "Borussiya"ya kömək etməyəcək.
Xatırladaq ki, "Borussiya" Almaniya kubokunun 1/8 finalında "Ştutqart"a 0:2 hesabı ilə uduzub.
Edin Terziçin yetirmələri növbəti oyununu “Leypsiq”ə qarşı keçirəcək. 14-cü turun oyunu sabah, dekabrın 9-da baş tutacaq.
Mirağa