"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq noyabrda İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi mükafatını alıb.
Fanat.Az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, “qırmızı şeytanlar” ötən ay ölkə çempionatında 3 oyun keçirib və hamısında qələbə qazanıb. Niderlandlı mütəxəssisin komandası bu matçlarda qol da buraxmayıb.
15 turdan sonra 27 xal toplayan "Mançester Yunayted" Premyer Liqanın turnir cədvəlində altıncı pillədə qərarlaşıb.
Şənbə günü, dekabrın 9-da mankunianlılar "Bornmut"u qəbul edəcək.
Mirağa