"Atletiko Madrid"in mərkəz müdafiəçisi Çağlar Söyüncü Türkiyəyə qayıda bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "TRT Spor" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Fənərbaxça" futbolçunu icarəyə götürməkdə maraqlıdır. İstanbul nəhənginin Madrid klubu ilə danışıqlarda artıq ciddi irəliləyiş əldə etdiyi bildirilib.
27 yaşlı futbolçu iyul ayında “Lester”dən azad agent kimi ayrılaraq “Atletiko”ya qoşulub. Türk müdafiəçisi nadir hallarda meydançaya çıxır, ona görə də oyun təcrübəsi qazanmaq üçün yanvarda komandadan ayrılmağı düşünür.
Çağlar Söyüncü bu mövsüm "Atletiko"da cəmi 5 matçda iştirak edib, bu görüşlərin heç birində start heyətdə görürməyib. "Transfermarkt" türk ulduzun transfer dəyərini 15 milyon avro qiymətləndirir.
Mirağa