"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Səudiyyə Ərəbistanında işləməyə razı olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Madrid XTRA" italiyalı mütəxəssisin dediklərini belə çatdırıb:
"500 milyon avro? Bu qədər versələr, təyyarə bileti belə sifariş etməzdim, Səudiyyə Ərəbistanına piyada gedərdim. Yox, zarafat edirəm, mənə pul lazım deyil”.
Qeyd edək ki, Ançelottinin "Real"la müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir. Onun Braziliya millisinin sükanı arxasına keçəcəyi, həmçinin Səudiyyə Ərəbistanı və İngiltərə klublarından birinə keçəcəyi haqda xəbərlər dolaşsa da, heç biri rəsmi təsdiqini tapmayıb.
Cari mövsüm La Liqada 15 oyuna 38 xal toplayan "Real" turnir cədvəlinin 1-ci pilləsində mövqe tutub.
Mirağa