“Milan”ın 8 futbolçusu İtaliya çempionatının 15-ci turunun “Atalanta” ilə oyununu buraxacaq.
Fanat.Az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.
Mənbənin məlumatına görə, Rafael Leau sağalsa da, məşqçilər heyəti oyunçunun sağlamlığını riskə atmamaq və onu Çempionlar Liqasında "Nyukasl" ilə matça qorumaq qərarına gəlib.
Bundan başqa, “qırmızı-qaralar” Simon Kyer, Malik Tiav, Noa Okafor, Mattia Kaldara, Marko Pelleqrino, Pyer Kalulu və Marko Sportello da zədədən əziyyət çəkir.
"Atalanta" - "Milan" matçı dekabrın 9-da keçiriləcək.
Mirağa