İtaliyanın son çempionu “Napoli” keçirdiyi son 3 matçda məğlub olub.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, bu, Neapol klubu üçün son 7 ildə ən pis göstəricidir.
Komanda 7 ildir ki, ardıcıl 3 oyunda uduzmurdu. “Napoli” sonuncu dəfə 2016-cı ilin oktyabrında Mauritsio Sarrinin rəhbərliyi altında belə uğursuzluq yaşamışdı. Daha sonra mövsümün sonunda “Napoli” çempion “Yuventus”dan 5 xal geri qalaraq, A Seriyasında 3-cü yeri tutub.
"Napoli" ötən gecə A Seriyasının 15-ci turu çərçivəsində Turində “Yuventus”a uduzub (0:1). Bundan əvvəl isə “Napoli” İtaliya çempionatında “İnter”ə (0:3), Çempionlar Liqasında isə “Real”a (2:4) məğlub olmuşdu.