Futbol hakimi Remixo Armoa oyun zamanı futbolçunu bıçaqlayıb.
Fanat.Az "Goal" istinadən xəbər verir ki, hadisə Argentinanın Misyones əyalətində, gənclərdən ibarət komandalar arasında keçirilən matçda qeydə alınıb.
Xəbərə görə, epizodların birində yaşanan insidentin ardından oyunçular hakimə sərt təzyiq edərək onu dövrəyə alıblar və bu zaman Armoa bıçaq çıxararaq futbolçulardan birinin sinəsinə zərbə endirib. Mənbə huşunu itirən zərərçəkənin həyatının həkimlərin müdaxiləsi nəticəsində xilas edildiyini və hazırda xəstəxanada müalicə aldığını vurğulayıb. Qaçmaq istəyən hakimin polis tərəfindən həbs olunduğu, bıçağın isə maddi sübut kimi götürüldüyü bildirilib.