"Zenit" heyətini braziliyalı vingerlə gücləndirib.
Fanat.Az UOL-a istinadən xəbər verir ki, Rusiya təmsilçisi "Palmeyras"ın futbolçusu Arturun rəsmiləşdirib.
Xəbərə görə, Sankt-Peterburq klubu 25 yaşlı "sambaçı"nı 15 milyon avroya alıb. Mənbə rusların müxtəlif bonuslar şəklində daha 3 milyon avro ödənişlə bağlı öhdəlik götürdüklərini də bildirib.
Cari mövsüm "Palmeyras" forması ilə 57 oyun keçirən Artur 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat