"Barselona"nın baş məşqçisi Xavi klubun son 15 ildəki iki ən pis çalışdırıcısından biridir.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 43 yaşlı mütəxəssisin rəhbərliyi altında çıxdığı matçların 62,16 faizində qələbə qazanıb.
Xavi bu göstəricidə yalnız Ronald Kumanı (58,2 faiz) qabaqlaya bilir. Hətta adı uğursuzlar sırasında çəkilən Enrike Setyen belə, indiki baş məşqçidən uğurlu olub - 64 faiz.
16 tura 34 xal toplayan "Barselona" La Liqanın turnir cədvəlində 4-cü sırada mövqe tutub. Kataloniyalılar lider "Jirona"dan 7 xal geri qalırlar.
Xavi "Barselona"nı 2021-ci ilin noyabrından çalışdırır. "Blauqrana" sabiq yarımmüdafiəçinin rəhbərliyi altında ötən mövsüm La Liqanın qalibi olub və İspaniya Superkubokuna sahib çıxıb.
Nihat