"Roma"nın baş məşqçisi İtaliya A Seriyasının 16-ci turu çərçivəsində "Fiorentina"ya qarşı keçirdikləri matçın (1:1) sonlarında maraqlı varianta əl atıb.
Fanat.Az xəbər verir ki, o, topdaşıyan uşaqdan istifadə edərək qapıçı Rui Patrisiuya kağız parçası göndərib.
Belə ki, 87-ci dəqiqədə belçikalı hücumçu Romelu Lukaku qırmızı vərəqə alaraq "canavarlar"ı azlıqda qoyub. Portuqaliyalı mütəxəssis isə fikirlərini qolkiperə çatdırmağın ən qısa və effektli yolunu dərhal tapıb.
Qeyd edək ki, bu heç-heçə sayəsində xal hesabını 25-ə çatdıran "Roma" A Seriyasının turnir cədvəlində 4-cü pillədə mövqe tutub.