"Real Madrid La Liqanın sürpriz lideri "Jirona"dan keçmiş müdafiəçisi Migel Qutyerresi cəmi 8 milyon avroya ala bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Diario AS" yayıb.
Mənbənin məlumatına görə, oyunçu "Jirona"ya satıldığı zaman onun müqaviləsində prioritet satınalma kimi bu məbləğ qeyd olunub.
Qutyerresin qalan klublar üçün təzminat məbləği 40 milyon avrodur.
22 yaşlı sol cinah müdafiəçisi "Real" üçün ciddi seçim ola bilər. "Kral klubu" yayda Ferland Mendini satmaq istəyir. Fransalı futbolçunu əvəzləmək üçün namizədlərdən biri də hazırda "Bayern Münhen"də çıxış edən Alfonso Devisdir.
Mirağa