Dekabrın 14-də UEFA Avropa Liqasının H qrupunda son oyununa çıxacaq "Qarabağ" İsveç "Hekken"inə qarşı tam heyətlə mübarizə apara bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev deyib:
"Kevin Medinanın ölkə xarixində əməliyyat edildiyi və bu matça çıxmayacağı öncədən bəlli idi. Qapıçı Amin Ramazanov da zədəlidir. Marko Veşoviçə gəlincə, son çempionat oyununda xəsarət alan monteneqrolu futbolçu tibbi müayinədən keçib. Veşoviçin AL matçında "Qarabağ"a kömək edib-etməyəcəyi bu gün axşam saatlarında dəqiq bilinəcək".
"Qarabağ" səfərdə 1:0 hesabı ilə üstələdiyi "Hekken"i məğlub edəcəyi halda, qrupdakı digər oyunun "Bayer Leverkuzen" - "Molde" qarşılaşmasının nəticəsindən asılı olmayaraq tarixində ilk dəfə AL-in pley-off mərhələsinə vəsiqə qazanacaq.
15 xalı olan "Bayer" H qrupunun lideridirsə, "köhlən atlar" 7 xalla ikinci, eyni xala malik "Molde" üçüncüdür. Xal toplaya bilməyən "Hekken" isə sonuncu yerdədir.
Nihat