İspaniya Primerasının 16-cı turunda "Barselona"nı 4:2 hesabı ilə məğlub edən "Jirona" "blauqrana"nı yenməyi bacaran 5-ci Kataloniya təmsilçisi olub.
Fanat.Az-ın məlumatına görə, Kataloniya klubları arasında "Barsa"nı üstələmiş ilk komanda - "Europa"dır.
"Europa" bu nəticəyə 1931-ci ildə, ölkə çempionatı çərçivəsində imza atıb. 1939-cu ildə "Espanyol" daxili birincilikdə Kataloniya nəhəngi üzərində ilk zəfərinə sevinibsə, 1947-də "Sabadel", 1993-də "Lyeda" boyundan yuxarı tullana bilib.
16 tura 34 xal toplayan "Barselona" La Liqanın turnir cədvəlində 4-cü sırada mövqe tutub. "Blauqrana" lider "Jirona"dan 7 xal geri qalır.