"Milan" sabiq hücumçusu Zlatan İbrahimoviçə vəzifə verib.
Fanat.Az xəbər verir ki, 42 yaşlı İbra İtaliya nəhənginin idarəçilərinin əməliyyat ortağı və baş məslətçisi qismində fəaliyyət göstərəcək.
Zlatan peşəkar futbolçu karyerasını bu yay bitirib. Karyerası ərzində "Malmö", "Ayaks", "Yuventus", "İnter", "Barselona", PSJ, "Mançester Yunayted", "Los-Anceles Qelaksi" və "Milan"da çıxış edən isveçli ümumilikdə 819 matça çıxıb. O, bu qarşılaşmalarda 493 qol, 201 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat